İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutunyan Bakı ilə görüşə HAZIRLAŞIR – bu tarixdə, Bərdədə - Separatçılar ÜSYANDA – Üzeyir Cəfərovla CANLIda

“Xankəndidə vəziyyət o qədər gərginləşib ki, ötən gün hərbi geyimli insanlar parlament binasına basqın ediblər”. Bunu Ermənistan parlamentinin deputatı, Qarabağdakı separatçıların nümayəndəsi Metakse Akopyan deyib. “Hərbi geyimli bəzi şəxslər binaya hücum etdi, əməlli-başlı mübarizə gedirdi. Daha sonra şou Gənclər binasında davam etdi. Yanvarda baş verənlərin eynisi yaşanırdı” – deyə o bildirib.

Məlum olub ki, qondarma rejimin “milis komandiri” separatçı Karen Matevosyan və onun yoldaşları binaya soxularaq yeni seçilmiş “parlament rəhbəri” Davit İşxanyandan “prezident” Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb ediblər. Hətta Matevosyanın Qarabağdakı erməniləri zənglər vasitəsilə təhdid etdiyi bildirilir.
Erməni mediası bildirir ki, Xankəndidəki separatçılar iki seçim qarşısında qalıblar. Birincisi, Araik Arutyunyan təcili istefa verməsi, ikincisi isə Qarabağa ərzağın Ağdam yolu ilə daxil olmasıdır. Arutyunyan hazırda istefa vermək niyyətində olmadığı üçün Ağdam məsələsi separatçıların əsas gündəmidir. Ərazidə Arutyunyanı dəstəkləyən komanda yaradılıb və onlar yaxın bir-iki gündə Bakı nümayəndələri ilə görüşə hazırlaşırlar. Görüşün böyük ehtimalla Bərdə şəhərində baş tutacağı bildirilir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində istefada olan polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR