Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Zəngəzur dəhlizinin açılması prosesinə qarşı xarici qüvvələrin, xüsusilə İranın təhdid və təzyiqləri davam edir. İran bu dəhliz vasitəsilə Türk dünyasının inteqrasiyasının güclənməsindən, Azərbaycanla Ermənistan arasında yeni iqtisadi və siyasi əməkdaşlıq körpülərinin qurulmasından narahatdır. İran hökuməti hesab edir ki, dəhlizin açılması regional güc balansını dəyişdirə, onun təsir dairəsini zəiflədə və yeni təhlükəsizlik riskləri yarada bilər.
Eyni zamanda, regionda maraqlı olan digər qüvvələr də dəhlizin fəaliyyətə başlamasına mane olmaq üçün informasiya müharibələri, iqtisadi blokadalar və diplomatik təzyiqlərdən istifadə edir.
"Bütün xarici təhdidlərə rəğmən, Zəngəzur dəhlizi tezliklə reallaşacaq. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib. Bu, artıq reallaşmaqdadır".
Musavat.com bildirir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı hansısa ölkələrin və ya qrupların narahatlığı əbəsdir:
"Artıq qatar gedib. Zəngəzur dəhlizində də qatar tezliklə hərəkətə başlayacaq. Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu adlandırılacaq Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək, həmçinin Asiya ilə Avropanı daha da yaxınlaşdıracaq. Bu, Türk Dünyasını birləşdirən dəhlizdir və regionun inkişaf yolu olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasına töhfə verəcək".
Xalidə Gəray
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ