İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina prezidenti Maduronun qələbəsini tanımır

Argentina prezidenti Xavyer Miley Venesuelanın hazırkı rəhbəri Nikolas Maduronun bu ölkədə başa çatan prezident seçkisindəki qələbəsini tanımaq niyyətində olmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Miley həmçinin Venesuela ordusunu “xalqın iradəsini müdafiə etməyə”, yəni Maduroya qarşı çıxaraq qiyama çağırıb.

"Məlumatlar müxalifətin qələbəsini göstərir... Argentina saxtakarlığı qəbul etmir və silahlı qüvvələrin demokratiyanı və xalqın iradəsini müdafiə edəcəyinə ümid edir", - Miley sosial şəbəkədə yazıb.

 Bundan əvvəl Nikolas Maduronun seçki qərargahının rəhbəri, parlamentin spikeri Xorxe Rodriges Venesuelada keçirilən prezident seçkisinin nəticələrini şərh edərək, Maduronun qələbə qazandığını elan edib.

Prezident Maduro hərbçilərə güvənərək avtoritar rejim bərqərar etməkdə, ABŞ ilə intriqa aparmaqda, korrupsiya maxinasiyalarında, neft ölkəsi olan Venesuelada kütləvi kasıbçılığa səbəb olmaqda ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR