İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina millisi üçqat dünya çempionu oldu

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub.

Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə keçirib. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə "tanqoçular"ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan "xoruzlar" 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdirib. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

Görüşün əlavə vaxtında da tarazlıq pozulmayıb - 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən dəyişib.

116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub - 3:3.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

109-cu dəqiqədə Lionel Messi "tanqoçular"ı yenidən hesabda önə keçirib - 3:2.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

Hazırda qarşılaşmada hesab bərabərdir - 2:2.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

Buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Burada da tarazlıq pozulmasa, penaltilər seriyasından istifadə olunacaq.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

79-cu dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. "Xoruzlar"dan Kilian Mbappe penaltini dəqiq yerinə yetirib - 1:2.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb. 

Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.

***

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.

***

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olacaq.

Musavat.com xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib. 

"Lusail" stadionunda baş tutan və polşalı referi Şimon Marçinyakın idarə edən oyun Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi ikiqat dünya çempionudur.

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

Oyunu canlı olaraq buradan izləyə bilərsiniz : https://itv.az/live-tv

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR