Onlayn ictimai-siyasi qəzet
Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov vəkili Anar Qasımlıdan imtina edib.
Musavat.com xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, Fazil Qasımov bu imtinaya səbəb kimi vəkilin istintaq prosesində onu aldatmasını, psixoloji təsir etməsini əsas gətirib.
Məlumatda o da bildirilib ki, F.Qasımov üzləşdiyi durumla bağlı baş prokuror Kamran Əliyevə də məktub yazıb.
Qeyd edək ki, Qubad İbadoğlunun cinayət işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ