İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda yeni klubunda bu qədər maaş alacaq

Xəbər verdiyimiz kimi, Arda Turan məşqçilik karyerasını Ukraynanın "Şaxtyor" komandasında davam etdirəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Eyyupspor"u Superliqaya çıxarıb ilk 5-liyə salan gənc məşqçinin yeni klubunda alacağı maaş bəlli olub.

Çətin günlər keçirən Ukrayna nəhəngi Ardaya illik 2 milyon avro maaş verəcək.

Mütəxəssis "Fənərbağça" oyunundan sonra vida mesajı vermişdi:

"Hədəflərimiz tamamlandı, liqada qaldıq. Liqanın yuxarı pillələrində qalmaq və mümkünsə Avropaya getmək arzusunda idik. Bu məqsəd həmişə var idi, amma klubumuz üçün hələ tez olduğunu düşünürdüm. Bütün mövsüm boyu möhtəşəm idik. "Eyyupspor" üçün səyahət və böyük təcrübə oldu".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR