İnsanlara hürriyət, millətlərə istiqlal!

Ard-arda baş verən təyyarə qəzalarından sonra pilotun dediyi BU SÖZLƏR gündəm oldu

ABŞ-də ard-arda baş verən təyyarə qəzalarından sonra sərnişinlərə təyinat yerinə təhlükəsiz çatacaqları mesajını verən "American Airlines" pilotu TikTok-da trend mövzusuna çevrildi.

Musavat.com xəbər verir ki, bir sərnişinin paylaşdığı görüntülər qısa zamanda milyonlarla izlənilib.

Uçuş zamanı təyyarənin pilotu Cefri Kollinzin dediyi sözlər gündəm olub.

"Uçmaqdan qorxa bilərsiniz və bu, tamamilə başa düşüləndir. Amma əmin olun ki, mən sizin təhlükəsizliyinizi təmin etmək üçün məsuliyyət daşıyıram",-deyə pilot bildirib.

Uçuş təcrübəsini diqqətlə və peşəkar şəkildə başa çatdırmaq üçün səy göstərəcəyini vəd edən pilot, "Bu gün sizi diqqətli və peşəkarcasına daşımaqdan başqa vəzifəm yoxdur. Ona görə də rahat olun və uçuşdan zövq alın" deyib.

Musavat.com

2

1

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR