İnsanlara hürriyət, millətlərə istiqlal!

Arazdəyəndə ilk Azərbaycan-Ermənistan təması: Moskva görüşü nə vəd edir?

Kremlin vasitəçiliyi ilə delimitasiya prosesində bir qarış da irəliləyiş olmamışdı, bu dəfə xəritələri verməsə...; AMİP sədri: “Rusiya heç bir halda proseslərdən kənarda qalmaq istəmir”

Məlum olduğu kimi, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri - Şahin Mustafayev və Mqer Qriqoryan səviyyəsində ilk təmas baş tutdu. “Yeni Müsavat” yada salır ki, ilk görüş dövlət sərhədində, Arazdəyəndə keçirildi. Lakin görüşlə bağlı çox kasad məlumat verildi, konkret hansı detalların müzakirə olunduğu açıqlanmadı. Bəllidir ki, delimitasiya işi uzun çəkən texniki prosesdir. Ona görə bir görüşlə böyük nəticə əldə etmək mümkün olmur.

Eyni zamanda, Şahin Mustafayev və Mqer Qriqoryan görüşündən foto da yayılmadı, lakonik rəsmi informasiya yaymaqla bir sıra məqamlar konfidensial saxlanıldı. İndisə növbəti görüşün Moskvada olacağı qərarlaşdırılıb. Daha sonra isə Brüsseldə bir araya gəlinəcək. Şübhəsiz ki, burada Qərb-Rusiya arasında moderatorluqla bağlı rəqabət getdiyi kor-kor, gör-gördür. Amma Moskvanın vasitəçiliyi ilə bir qarış da irəliləyiş olmamışdı, Brüssel platformasında isə müəyyən dinamika müşahidə olunur. O halda sual meydana çıxır ki, Rusiyada keçiriləcək görüşdən ciddi irəliləyiş gözləməyə dəyərmi? Moskva vəd etdiyi xəritələri tərəflərə təqdim edəcəkmi?

Arzuxan Əlizadə: “Səhiyyə təşkilatları vaksinləmədə çox zəif təbliğat  aparıb”

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Brüssel görüşlərindən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov həm erməni, həm azərbaycanlı həmkarlarına zəng edib:  “Ardınca dövlət sərhədində görüş oldu, komissiyalar müəyyənləşdirildi. Amma növbəti etapda baş nazirin müavinləri səviyyəsində Moskvada görüşün razılılaşdırılması göstərir ki, Rusiya heç bir halda proseslərdən kənarda qalmaq istəmir. Mariya Zaxarova da eyhamlı söz atdı ki, Avropa Birliyinin niyyəti safdırsa, irəliləyiş olacaq. Amma biz görürük ki, Kremlin özü səmimi deyil. Brüssel qərarlıdır ki, əsas vasitəçi rolunu oynasın, Moskva isə kənarda qalmaq istəmir”.

Partiya sədri vurğuladı ki, istənilən halda Azərbaycanın dövlət maraqları var: “Rusiyanın başı Ukraynaya qarışıb, Suriyadan qüvvələrini gətirir, amma yenə də özünü əzdirmək istəmir, kürəyini yerə vurmaq niyyətində olmadığını göstərməyə çalışır. Guya sülhməramlılar olmasa dayanıqlı sülhə nail olmaq mümkün deyil. Amma bütün bunlar keçici prosesdir, inanıram ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlarla bu məsələlər həllini tapacaq”.

İraqdakı etirazların sünni-şiə müstəvisinə keçməsi ABŞ-ın planları əsasında  baş verir”

Turan Rzayev

Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Bakı və İrəvan arasında sərhədlərlə bağlı ziddiyyətlər tam aradan qalxmayıb: “Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanın SSRİ dağılandan sonrakı mövcud sərhədlər üzrə aparılmasını istəyir. Azərbaycan isə delimitasiya prosesində həm anklavların, həm də vaxtilə otlaq və əkin sahəsi adı ilə Ermənistana verilən ərazilərin nəzərə alınmasını tələb edir. Dövlət Komissiyasının tərkibində Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, Qazax Rayon İcra Hakimiyyətinin başçısının yer alması da Bakının bu mövqeyindən geri dönməyəcəyini açıqca göstərir”.

Təhlilçi güman edir ki, sərhədlərin delimitasiyası ilə bağlı Avropa-Rusiya arasında fikir ayrılığı yoxdur: “Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Belə ki, ikinci Brüssel görüşündə tərəflər aprel ayının sonuna qədər birgə komissiyanın yaradılması barədə razılığa gəlmişdi. Həmin razılaşma 26 noyabr Soçi bəyanatındakı ”birgə komissiyanın yaradılmasına" əsaslanırdı. Bu mənada ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi əslində yeni bir şey deyil, əksinə mövcud prosesin öncədən təyin edilən qrafik üzrə aparıldığını göstərir".

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada baş tutacaq. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi zamanı ortaya hansısa bir sənədin qoyulması gözlənilir. Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə bir ildən çoxdur öz sistemli addımlarını atır: “Məlumat yayılıb ki, Azərbaycan ərazisində Ermənistan sərhədlərinə doğru həm dəmir, həm avtomobil yolları üzrə işin icra əmsalı kifayət qədər yüksəkdir. 2023-cü ildə həm dərmir yolunun, həm də avtomobil yolunun inşası Azərbaycan ərazisində başa çatacaq. Ermənistanın normal, praqmatik və üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirərək işləri başa çatdırması müəyyən mənada öz marağındadır”.

Emil SALAMOĞLU, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR