Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Avropa İttifaqı 116 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, onların arasında “Mash” və “Life” saytlarının qurucusu Aram Qabrelyanov da var.
Aİ Şurasının qərarında Qabrelyanov müharibə ilə bağlı aqressiv təbliğatın və saxta informasiyaların təşkilatçısı kimi göstərilir.
Rusiyanın müxalif mətbuatı Aram Qabrelyanovun indiyədək Aİ və ABŞ sanksiyalarından yayındığına diqqət çəkib. Məlumata görə, erməni Qabrelyanov sanksiyalardan yayınmaq üçün öz aktivlərindən qurtulmaq da istəyib.
Öncə Aram Qabrelyanov “hərbi müxbir” Peqovun “WarGonzo” layihəsindən imtina edib. O, 2022-ci ilin iyul ayına qədər “Vargonzo” MMC-nin təsisçisi olub, sonra kanala nəzarəti Peqovun özünə təhvil verib. 2023-cü ilin fevralında Qabrelyanov “Baza”, “Life”, “Gigarama” nəşrləri üçün layihələrin dizaynı ilə məşğul olan “Neuron IT” şirkətini də bağlayıb.
Lakin Aram Qabrelyanov hələ də Krımın işğalı şərəfinə keçirilən mitinqdən fotoşəkilləri gen-bol yayan “Mash Regions” MMC və “Gigarama” MMC-də səhmlərə sahibdir.
Qabrelyanov həmçinin vasitəçilər zənciri ilə “Life” adlı kanalı nəzarətdə saxlayır. Məhz “LifeNews” Krımın və Donbasın ələ keçirilməsində informasiya dəstəyində əsas rol oynayıb.
Maraqlıdır ki, Qabrelyanovun oğlu Aşot sanksiyalara məruz qalmayıb. Halbuki o, “LifeNews” kanalının baş redaktoru olub. Aşotun hazırda Londonda yaşadığı bildirilir.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ