İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin Öcalandan nə fərqi-Türkiyədə nə baş verir?

PKK terrorbaşının azadlığa buraxılması mövzusunun Türkiyə cəmiyyətində hansı reaksiyalar doğuracağı  qarşıdakı sürəcdə bilinəcək-biz isə erməni terrorçuları ilə bağlı bu mövzuya 26 il sonra qayıdarıq...

Türkiyə tarixi bir hadisənin astanasındadır. Belə ki, PKK-nın həbsdəki terrorçubaşı Abdullah Öcalanınsilahları yerə qoymağa çağırışa hazır olduğunu deyib. Bu iddia Bərabərlik və Demokratiya Partiyasının (DEM) üç deputatının onunla İmralındakı görüşündən sonra tirajlanıb.

KMO_120232_04462_1_t218.jpeg (75 KB)

Məlumdur ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı noyabr ayında DEM ilə PKK-nın həbsdə olan lideri arasında silahların buraxılması haqda birbaşa danışıqlara başlamağı təklif etmiş, bu çağırışa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da  dəstək vermişdi. Baxçalının irəli sürdüyü başqa bir təklif isə Öcalanın PKK-nı silahı yerə qoymağa razı olduğu halda, onun mümkün azadlığa buraxılması haqdadır. Öcalan 1999-cu ildən Mərmərə dənizi sahillərindəki İmralıda ömürlük həbs cəzası çəkir. Milliyyətçilərin liderinin nə vaxtsa belə bir təkliflə çıxış etməsi fantastik görünə bilərdi, amma fakt faktlığında qalır. Partiyanın son qrup toplantısında MHP lideri hətta deyib ki, Öcalan silahı buraxmaq şərtini əməl edərsə, gəlib Məclisdə otura da bilər.

Türkiyə son illər populist siyasətdən uzaqlaşıb, doğru bildiyini edib, çünki dünyada dəngələr sürətlə dəyişib(r) və Ankara yaranmış vəziyyətdən dövlətin mənafeyi naminə yararlanmaq istəyir. Türkiyənin artan nüfuzu onu daha çevik, bir az daha qlobal siyasət yürütməyə vadar edir. PKK, elə onun həbsdəki başıbatmış lideri illərdir Ankaranın gah “əl-ayağına ”dolaşır,  gah da “başını ağrıdır”. Türkiyədə vurulubçıxarılan PKK silahlıları illərdir ki, qardaş ölkənin sərhədlərində xain hücumları (İraq və Suriya) davam etdirirlər. Suriyada Əsəd rejiminin  çökməsi bu ölkədə PKK və onun yandaş terror qruplarının silahsızlaşdırılması üçün tarixi fürsət yaradıb. Amerikanın dəstək verdiyi PKK və PYD yaraqlılarının Suriyada qalması indi daha çətin olacaq

a5f92672-f8ed-4457-8a7d-7b4dbd5b4fa6.jpeg (29 KB)

Öcalanın azadlığa buraxılması mövzusunun Türkiyə cəmiyyətində hansı reaksiyalar doğuracağı hələ qarşıdakı sürəcdə bilinəcək. DEM-lə bu həftə görüşəcəkləri gözlənilər ana müxalifət( CXP) partiyasının lideri Özgür Özəl son açıqlamasında bu məsələnin həssaslığına diqqət çəkib. Müxalifət lideri deyib ki, bütün danışıqlar hansısa partiyalar arasında gizli deyil, TBMM çərçivəsində aparılmalıdır.  İkincisi, Öcalanın azadlığa buraxılmasında silahlı kürdlərlə savaşda onilliklər ərzində şəhid olanların ailələrininmövqeləri son dərəcə mühümdür. CHP lideri onlarınrazılığı olmadan bu mövzuda heç bir addım atmayacaqlarını bəyan edib.  

PKK-nın silahı buraxması halında barışığın mümkünlüyü yeni deyil. Xatırlayıram ki, 2013-cü ildə İmralı  dustağı ilə danışıqları indi həbsdə olan Səlahəddin Dəmirtaş(kürdlərin adı dəyişmiş  hansısa partiyasının sədr müavini idi) aparırdı, amma ortaya nəticə çıxmadı. Adətən, seçkilər ilində Türkiyədə bu mövzuda bir az da təbliğati xarakterli canlanma olardı.  Ana Yasa dəyişikliyi haqda danışılsa da, ən yaxın seçkilərin 2028-ci ilin mayında (prezident seçkisi)  keçirilməsi gözlənilir. Ona gorə budəfəki barışıq prosesi siyasi konyukturalardan kənar kimi görünür. Amma  toplumun silahı buraxmış PKK-nı“qucaqlamağa” və yaxud Öcalan kimi birini məsələn, azadlıqda və ya Qazi Məclisində görməyə hazırdırmı?Əlbəttə ki, yox...

bad7cf26-87c8-4dca-818c-03f856916e16.jpeg (340 KB)

Azərbaycan PKK-nı da, Öcalanı da həmişə Türkiyənin və türkün düşmən sayıb. Çünki  tarixən erməni terrorçuları həmişə PKK ilə qol-qola, çiyin-çiyinə olub. Həm də təkcə Suriyada deyil, Qarabağdakı işğal illərində bu terror dəstələri bir-birlərinə daima dəstək veriblər, PKK erməni  terrorçulara təlimlər keçib, 44 günlük savaşda da ermənilər tərəfindən döyüşlərdə iştirak faktları olub.

2023-cü ilin sentyabr ayında 23 saatlıq antiterror əməliyyatında Qarabağdakı erməni terror dəstələrinin başı əzildi, indi sərhədlərimizdən kənardadırlar.    Öcalandan qəddarlıqda geri qalmayan  terrorçubaşları-Araik və onun kimilərinin cinayət işləri isə artıq məhkəməyə göndərilib. Neçə aydır bəzi Qərb dairələri, elə PKK-ya həmişə arxa duran Amerika da,  terror təşkilatına ölkəsində hər cür fəaliyyət azadlığı vermiş Niderland da Bakıdan erməni  terrorçuların azad olunmasını az qala tələb edirlər. Biz əlbəttə onları mühakimə edəcəyik və haqq etdikləri cəzanı da mütləq alacaqlar. Türkiyənin indi apardığı proses Ankaranın maraqlarına uyğundur, görünür, PKK və Öcalan məsələsində bizim bilmədiyimiz daha başqa hədəflər də var.  PKK-nın silahdan intinası da, Öcalan kimi caninin azadlığa buraxılması uzun zaman apara da,  sürəc tezləşə də  bilər.  Bu prosesin Türkiyə üçün uğurlu olmasını təmənnə edirik, qardaş  ölkə düşmənə heç vaxt aman  verməz. Eləcə də Qərb dünyası da Azərbaycan xalqının başına olmazın müsibətlər gətirmiş terrorçuların cəzalandırmasına əngəl ola bilməyəcəklər. 26 il sonra biz də bu cani itlərin məsələsinə qayıdarıq...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR