İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutunyan Xocalı aeroportunda GİZLƏNİBMİŞ? – onun gizli planı belə olub - Elxan Şahinoğlu ilə CANLIda

Ötən gün saxlanılaraq Bakıya gətirilən separatçı lider Araik Arutyunyanın necə tutulması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Sosial şəbəkənin erməni seqmentində Araikin Xocalı hava limanında gizlənməsi və məhz burada ələ keçməsi haqda məlumatlar tirajlanır.

İddia edilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri Arutyunyanı hava limanının xüsusi hissəsində – gizləndiyi yerdə aşkar edərək saxlayıblar.

Onun burada qaçmaq planları qurduğu, lakin son anda ələ keçdiyi qeyd edilir.

Separatçının “Laçın” postundan keçməyə çalışarkən tutulması barədə fikirlər də səsləndirilir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR