İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA bu il ölkə ərazisində heyvan satış mərkəzlərində 10 min monitorinq keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə heyvan satış məntəqələrində mütəmadi olaraq monitorinqlər keçirir.

Musavat.com xəbər verir ki, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, agentlik əməkdaşları təkcə bu il ölkə ərazisində heyvan satış mərkəzlərində 10 min monitorinq keçirib:

"Yüzlərlə qanunsuz heyvan satışı aşkarlanıb. Qanunsuz kəsim məntəqələrindən nümunələr götürülüb və AQTA laboratoriyalarında analiz edilib. Həmin nümunələrdən insan sağlamlığına zərərli və təhlükəli maddələr aşkarlanıb. Bu məsələdə təkcə aidiyyəti orqanlar deyil, sahibkarlar da maraqlı olmalıdır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR