İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA: "Azərbaycana 80 ölkədən diri heyvanın gətirilməsinə qadağa qoyulub"

"Xaricdən gətirilən qurbanlıq heyvanların sağlamlığının yoxlanılması ilə bağlı məsələ daim nəzarətdə saxlanılır".

"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib. O bildirib ki, AQTA bununla bağlı mütəmadi nəzarət tədbiri görür:

"Baş baytar müfəttişinin qərarı ilə 80 ölkənin müxtəlif vilayətindən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə qadağa qoyulub.

Ölkəyə gətirilən heyvanlar baytar nəzarətində karantində saxlanılır. Daha sonra həmin heyvanlardan analizlər götürülür. Yalnız baytarlıq nəzarətindən sağlam keçən heyvanların satış və kəsiminə icazə verilir.

Qurban bayramı ilə bağlı gətirilən heyvanlar da bu qaydada yoxlanılır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR