İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbasdan Mədəniyyət Nazirliyinə etiraz: "Sənətkarın yaşı olur?"

Milli Məclisin iclasında çıxış edən deputat Aqil Abbas yaşlı aktyorların teatrlardan uzaqlaşdırılmasına etirazını bildirdi. Deputat dedi ki, sənətkarın yaşı onun işdən uzaqlaşdırılmasına əsas vermir.

A.Abbas vaxtilə İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Mövsün Sənani kimi sənətkarların yaşlı vaxtlarında da möhtəşəm obrazlar yaratdıqlarını, həmçinin Xan Şuşinski, Seyid Şuşinskinin ömrünün sonlarınadək ifa etdiklərini söylədi.

“Mənə məlumat gəlir ki, teatrlarda yaşlı aktyorları təqaüdə göndərirlər. Sənətkarın yaşımı olur? Şairə deyirik ki, yaşlısan, şeir yazma? Teatr direktorları özləri üçün respublika yaradıb, istədikləri kimi hərəkət edirlər. Bu dərəcədə sənətkara münasibət göstərmək olmaz. Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı ciddi işlər görməlidir”.

A.Abbas dedi ki, Xalq artisti Tariyel Qasımovu və başqalarını istefaya göndərirlər: “Onlar nə etsinlər? 260 manat təqaüdlə necə yaşasınlar? Onların yaşına uyğun rollar var. Sənətkara belə münasibət bəsləmək düzgün deyil. Teatrları veriblər direktorlara, onlar da öz istədikləri kimi istifadə edirlər. Allah bu aktyorlara kömək olsun”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR