Onlayn ictimai-siyasi qəzet
"Apple" şirkətinin kapitallaşması tarixdə ilk dəfə olaraq 3,5 trilyon dolları ötüb.
Musavat.com xəbər verir ki, bu, Nasdaq birjasının məlumatlarında əksini tapıb.
Bu gün keçirilən hərraclarda şirkətin bir səhminin dəyəri təxminən 0,44 faiz artaraq 229,74 dolları keçib, nəticədə şirkətin kapitallaşması 3,5 trilyon dolları ötüb.
Qeyd edək ki, "Apple" üçüncü dəfədir ki, 3 trilyon dollarlıq həddi keçir. Şirkət ilk dəfə bu cür kapitallaşmaya 3 yanvar 2022-ci ildə, daha sonra isə 30 iyun 2023-cü ildə nail olub.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ