İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiterror tədbirlərində şəhid olan Samir Sadıqovun övladı doğuldu - FOTO

Azərbaycanda daha bir şəhid övladı dünyaya göz açıb. 

İki gün əvvəl TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Şəhid Samir Sadıqovun oğlu doğulub.

39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyyəti kişi, çəkisi 2.880 kq, boyu 58 sm-dir.

Ona Amir adı verilib. Amirin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak edib.

Məlumat üçün bildirək ki, körpənin atası şəhid Sadıqov Samir Cəbrayıloğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub.

 Baku.ws

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR