Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.
Musavat.com xəbər verir ki, tədbirin ikinci günü “Avrasiyada yeni əməkdaşlıq dinamikaları”, “Enerji təhlükəsizliyində dəyişən paradiqmalar”, “Terrorla mübarizədə yeni sınaqlar”, “Aerokosmik diplomatiya: Yeni fürsətləri kəşf etmək”, “Sahil: Təhlükəsizlik risklərindən qalıcı sülhə”, “Avropa təhlükəsizlik memarlığının gələcəyi” kimi bir çox mövzu müzakirə olunacaq. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə “Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik” mövzusunda panel iclasları təşkil olunacaq.
Azərbaycanı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri təmsil edir.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ