İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyanın İtaliyaya səfəri zamanı xərclənən vəsait Ermənistanda hay-küy doğurdu

 

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İtaliyaya səfəri zamanı xərclənən vəsaitlə bağlı məlumatlar mediadan ciddi şəkildə gizli saxlanılır. Üstəlik, “Mənim addımım” Fondu xərclənən vəsaitlər və onların mənbələri ilə bağlı suallara cavab vermir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı çıxan xəbərlər yerli ictimaiyyətdə səs-küy doğurub.

Yerli jurnalistlərin yazdığına görə, Paşinyanın həyat yoldaşının təxminən bir həftə davam edən səfəri bir neçə milyon drama başa gəlib. Dərc edilmiş videomateriallara əsasən, Anna Akopyanı azı üç Təhlükəsizlik Xidmətinin əməkdaşı müşayiət edib, onun yanında şəxsi bərbəri və qızı da olub.

Bununla bağlı erməni saytları elektron poçt vasitəsilə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryana məlumat üçün yazılı sorğu göndərib.

“Noyabrın 18-də məlum oldu ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan həyat yoldaşı və qızı ilə birlikdə Vatikana gedib. Hökumət başçısı Ermənistana qayıtdıqdan sonra Anna Akopyan daha bir neçə gün İtaliyada qalıb. Bu müddət ərzində  Akopyan və qızını nə qədər Təhlükəsizlik Xidmətinin əməkdaşı müşayiət edib?”

-Baş nazirin xanımının İtaliya səfərinə nə qədər pul xərclənib?

-Xərclər hansı mənbələrdən həyata keçirilib? Zəhmət olmasa, ayrıca qeyd edin ki, dövlət büdcəsindən nə qədər vəsait ayrılıb?

“Baş nazirin həyat yoldaşının İtaliyaya səfəri Ermənistan üçün hansı mühüm, nəzərəçarpacaq nəticələr verib?,-deyə sorğuda qeyd edilib.

Sorğuya cavab olaraq Xaçatryan elektron poçtla göndərdihyi cavabda bütün sualları “Mənim addımım” fonduna ünvanlanması gərəkdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR