Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvəsi çərçivəsində Misirə etdiyi səfərdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. O, xarici işlər naziri Hakan Fidanın tezliklə Suriyaya səfər edəcəyini bildirib.
Musavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, gözlənilən səfər bu gün baş tutub.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan Dəməşqə etdiyi səfər çərçivəsində Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüş keçirib.
Görüşdə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Türkiyənin Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu, həmçinin Suriya müvəqqəti hökumətinin xarici işlər naziri təyin edilən Əsəd Həsən Şeyban da iştirak edib.
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ