İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Belousov onları əməkdaşlığa ÇAĞIRDI

Rusiyanın müdafiə naziri Andrey Belousov MDB dövlətlərinin hərbi qurumlarını bölünməz Avrasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığa çağırıb.

Musavat.com xəbər verir ki, o, bunu Moskvada keçirilən MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında bəyan edib.

Belousov yeni geosiyasi reallıqlar fonunda dost ölkələrlə əməkdaşlıq vektorunun bərabər və bölünməz Avrasiya təhlükəsizliyinin qurulmasına yönəldilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə birgə böyük iş görülməlidir.

RF müdafiə nazirinin sözlərinə əsasən, kollektiv Qərb qlobal proseslərdə liderliyini qoruyub saxlamaq üçün regional sabitliyi pozmağa çalışır.

“Hegemon rolunu qorumağa can atan kollektiv Qərb regional sabitliyi pozmağa çalışır. Məhz buna görə də Kazanda genişləndirilmiş BRİKS sammitində münaqişələrin sülh yolu ilə həlli və ədalətli çoxtərəfli dünya quruluşunun formalaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Andrey Belousov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR