İnsanlara hürriyət, millətlərə istiqlal!

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Reanimasiyada olan şahmat üzrə rusiyalı 12 qat dünya çempionu Anatoli Karpov süni tənəffüs aparatına qoşulub.

"Report" "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli qrossmeysterə beyin ödəmi, sağ parietal və sağ temporal sümüklərin sınığı, başın çoxsaylı hematomaları və travmatik subaraknoid qansızma diaqnozu qoyulub. Bundan əlavə, xroniki xəstəliklər onun vəziyyətini daha da ağırlaşdırıb.

Daha əvvəl deputatın Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

Karpovun aldığı xəsarətin məişət xarakterli olduğunu bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR