İnsanlara hürriyət, millətlərə istiqlal!

Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO

İki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev bıçaqla iki şəxsi qəsdən həyatdan məhrum edib.

Belə ki, 2023-cü il dekabrın 31-də saat 23:00 radələrində Bakının Biləcəri qəsəbəsi ərazisində, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri kafedə yeni il bayramını qeyd edərkən orada olan şəxslərlə spirtli içki qəbul edib. Arif anası Gülnurə ilə ailəvi dostlarından Namiq Orucov arasında sevgi münasibətlərinin olmasından şübhələnib.

Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması üçün Gülnurə Bəhərçiyevanı kafenin mətbəxinə çağırıb. Ancaq anası bu çağırışa məhəl qoymayaraq kabab bişirmək bəhanəsi ilə Namiq Orucovun yanında dayanıb.

Bunu görən Arif anasının saçından dartıb itələdikdə Namiq Orucov ondan davranışlarına son qoymağı tələb edib. Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib.

O, bıçaqla Namiqin qarın nahiyəsinə zərbə vuraraq onu öldürüb.

Arif daha sonra onları ayırmağa çalışan Ramil Səfərovun da döş qəfəsinə bıçaqla zərbə endirib.

Ramil Səfərov da hadisə yerində keçinib.

Məhkəmədə ifadə verən Arif Bəhərçiyev qətlə yetirilən Namiq Orucovun onu həmişə əsəbiləşdirdiyini, hər yerdə kafeni özünün obyekti kimi təqdim edərək dəfələrlə borca pul götürdüyünü deyib.

Borc sahibləri isə pulu almaq üçün kafeyə gəliblər. Hadisə baş verən gün anası ilə olan mübahisəyə Namiqin müdaxilə etməsi isə onu daha da özündən çıxarıb.

O qeyd edib ki, Namiqə zərbə endirdikdən sonra Ramil Səfərovun arxadan onu tutması növbəti bıçaq zərbəsini ona endirməsi ilə nəticələnib.

Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR