İnsanlara hürriyət, millətlərə istiqlal!

Analitikdən şok açıqlamalar: İran Livandakı erməni təşkilatları ilə işbirliyində

“İranın cinayətkar molla rejimi bütün istiqamətlərdən Azərbaycana qarşı təxribatlarını davam etdirir. Harada ölkəmizin maraqlarına qarşı fəaliyyət varsa, harada Azərbaycan və Türkiyə əleyhinə terror, diversiya planları hazırlanırsa, “İran” adlanan şər yuvasının emissarları orada “zuhur” edir, təxribatlara hərtərəfli dəstək göstərməyə çalışırlar”.

Musavat.com xəbər verir ki, bu fikirlər siyasi şərhçi, BAXCP sədrinin müavini Elçin Mirzəbəyliyə məxsusdur.

E.Mirzəbəyli qeyd edib ki, molla rejimi ilə bağlı gündəlik araşdırmalarımı davam etdirirkən diqqətini Livanın Milli Xəbər Agentliyinin internet resursunda noyabrın 26-da yayımlanan bir xəbər çəkib: “Xəbəri olduğu kimi təqdim edirəm: “Livandakı Erməni Katolik Kilikiya Evinin katalikosu, patriarx Rafail Bedros XXI Minassiyan Beyrut arxiyepiskopu Georgi Assaduryan, Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyan və digərlərinin iştirakı ilə İranın Livandakı səfiri Moctaba Amani ilə görüşüb. Səfirin dostluq ziyarəti Livandakı İran səfirliyi ilə erməni patriarxlığının dostluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub. Bir saatdan çox davam edən görüşdə tərəflər İranla Ermənistan arasındakı əlaqələri, o cümlədən Ermənistanın qarşılaşdığı çoxsaylı çağırışlara qarşı İranın dəstəyini müzakirə ediblər. Təfərrüatına varmayacağam, amma Livandakı erməni kilsələrinin erməni terrorizminin əsas ideya və dəstək mərkəzlərindən biri olduğunu, düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur. İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinə göndərilən muzdlular və terrorçularla bağlı əlaqələndirici missiyasını yerinə yetirən mərkəzlərdən biri də Erməni Kilikiya Evi və Beyrutdakı arxiyepiskopluq olub. Patriarx Rafail Bedros və Beyrut arxiyepiskopu Assaduryan həm İkinci Qarabağ müharibəsində ölkəmizə terrorçuların göndərilməsi, həm də vaxtilə işğal altında olan ərazilərimizdə, o cümlədən Laçında Livandan olan ermənilərin məskunlaşdırılması prosesinə rəhbərlik ediblər”.

Analitik bildirib ki, muzdlular və terrorçular üçün maliyyə vəsaitlərinin bir hissəsi də, məhz Beyrut arxiyekiskopluğunda toplanılıb: “İranın Livandakı səfirinin Erməni Katolik Kilikiya Evində keçirdiyi görüşdə diqqət çəkən məqamlardan biri də Türkiyənin Erməni Katolik Yeparxiyasının keçmiş arxiyepiskopu Georgi Xozomyanın iştirakı ilə bağlıdır. Görünür, İran ermənilərlə birlikdə, təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə əleyhinə ortaq təxribat planları üzərində işləyir və bu prosesi erməni terror təşkilatlarının, o cümlədən ASALA-nın yerləşdiyi Luvan üzərindən həyata keçirmək niyyətindədir”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR