İnsanlara hürriyət, millətlərə istiqlal!

Amil Xəlil onu tənqid edənlərə CAVAB VERDİ

Ötən gün Space TV-də efirə gedən verilişin alt yazısındakı texniki səhv sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Verilişin aparıcısı Amil Xəlil bu yanlışlığa görə TV-ni və onu tənqid edənlərə cavab verib:

“Kiçik və texniki səhv! Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən qrammatik səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı… Nə isə! 20-30 ilin redaktorları belə yazıda səhvlər edir. Canımız sağ olsun!”

Xatırladaq ki, verilişdə Xırdalan şəhərində baş verən dəhşətli qətl hadisəsi müzakirə olunub. Belə ki, 1967-ci il təvəllüdlü Gülnarə Sərkərova həyat yoldaşı 1962-ci il təvəllüdlü Xəlifə Sərkərov tərəfindən qətlə yetirilib. Daha sonra X.Sərkərov odlu silahdan atəş açaraq özünü öldürüb.

Verilişin alt yazısında titrlərdə isə belə yazılıb: “Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR