Onlayn ictimai-siyasi qəzet
New York Times/Siena Kollecinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, ABŞ vətəndaşlarının əksəriyyəti ölkə prezidentliyinə namizədlərdən - hazırkı prezident, demokrat Co Bayden və keçmiş dövlət başçısı, respublikaçı Donald Trampdan razı deyil.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəy sorğusuna görə, respondentlərin 61%-i Demokrat Partiyasının başqa namizəd irəli sürməli olduğunu, 54%-i isə Respublikaçılar partiyasının başqa namizədini dəstəkləmək istədiklərini bildirib.
Sorğu 20-25 iyun tarixlərində namizədlərin cümə axşamı günü keçiriləcək ilk debatından əvvəl qeydə alınmış 1226 seçici arasında aparılıb və səhv nisbəti müsbət və ya mənfi 3 faiz bəndi təşkil edir.
Qeyd edək ki, son həftələrdə ABŞ siyasətinin "iki qocanın əlində qaldığı" barədə media yazıları və ictimai söz-söhbətlər artıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ