İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı müşavir Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq

ABŞ Dövlət Departamentinin mülki müşaviri yaxın aylarda məsləhətçi dəstəyinə başlamaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ səfirliyi “Azadlıq” radiosuna “amerikalı nümayəndənin Ermənistan Müdafiə Nazirliyində dəqiq nə vaxt işə başlayacağı” ilə bağlı sualı cavablandırarkən bildirib.

Səfirliyin bildirdiyinə görə, qlobal müdafiə islahatları proqramı üzrə məsləhətçi ABŞ ordusu və ya Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilmir. Maliyyəni Dövlət Departamenti təmin edir və müşavir Ermənistanın müdafiə institutlarını gücləndirməyə kömək edəcək.

Xatırladaq ki, bu yaxınlarda ABŞ dövlət katibinin müavini Uzra Zeya erməni mediasına verdiyi müsahibədə Ermənistanın Müdafiə Nazirliyində Amerika ordusunun nümayəndəsinin çalışacağına dair qərarın verildiyi barədə məlumatı təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR