İnsanlara hürriyət, millətlərə istiqlal!

Ambartsumyan Ermənistanda rusofobiya haqqında yazdı: “Xəyanət kimi görünür”


“Bəzi hallarda nankorluq xəyanət kimi görünür”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambartsumyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistanda rusofobiya dalğasının obyektiv və subyektiv səbəbləri var.

“Lakin bir şey aydındır: rusofobiyanın irəlidə hansısa nəticələri olacaqdır.

Bu vəziyyətdə çox mühüm bir faktı xatırlatmaq və dilə gətirmək istərdim: planetdə 44 günlük müharibə zamanı Ermənistan üçün Rusiyadan daha çox iş görən ikinci ölkə olmayıb. Bu, nə indiki hakimiyyət tərəfindən, nə də son dərəcə rusofob qüvvələr tərəfindən təkzib edilə bilinməyən bir faktdır.

Biz müharibə illərində Sünikdə rus qoşunlarının yerləşdirilməsini, Rusiya bayrağının dalğalandığı hər bir yeni istehkamın yaradılmasını şövqlə və yanımızda güclü müttəfiqimiz olduğunu hiss edərək qəbul etdik. Bu addımlar çəkindirici rol oynadı.

Ona görə də siz nankor ola bilməzsiniz. Bəzi hallarda bu, xəyanət kimi qəbul edilir.

Rusiyadan daha çox şey gözləmək olardı. Bunu heç kim mübahisə edə bilməz, amma fakt faktlığında qalır ki, Rusiya strateji müttəfiq mövqeyində idi və sonda onun səyləri ilə müharibə dayandırıldı, bunu da xatırlamaq və qiymətləndirmək lazımdır...”,-deyə Ambarsumyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR