Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Alyaska ştatına səfəri zamanı maraqlı görüntülərlə diqqət çəkib.
Musavat.com xəbər verir ki, o, üzərində SSRİ yazısı olan köynəklə avtomobildən düşərkən jurnalistlərin kameralarına tuş gəlib.
Lavrov maşından enərkən rusiyalı jurnalistə artıq Alyaskada olduğunu bildirib və birbaşa qaldığı otelə daxil olub. Hadisə yerində olan media nümayəndələri onun geyimini simvolik addım kimi qiymətləndiriblər. Səfər barədə rəsmi açıqlama verilməsə də, bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Musavat.com
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ