Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Kosmik Stansiyadakı (BKS) missiyasını başa vuran Türkiyənin ilk astronavtı Alper Gezeravcı vətəninə qayıdıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Esenboğa hava limanında qəbul edib. Qəbulda Gezeravcının ailəsi də iştirak edib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Gezeravcı Beynəlxalq Kosmik Stansiyada keçirdiyi 18 gün ərzində yanında daşıdığı türk bayrağını prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Prezident isə ona saat hədiyyə edib.
Qəbulda prezidentin həyat yoldaşı Əminə Ərdoğan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır da iştirak edib.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ