Onlayn ictimai-siyasi qəzet
"Qızım Mədinə İsveçdə, Stokholm şəhərində yaşayır. İki qız və bir oğlan nəvəm var. Aprelin 20-si qızım Mədinənin ad günüdür. Efir vasitəsi ilə onu ürəkdən təbrik edirəm. Özüm getməsəm də, qudam onların yanına Avropaya gedib. Mədinənin qayınanası oradadır. Mədinə çox gözəl anadır. O həyat yoldaşı ilə birgə uşaqlarına baxır. Orada işləyir, zəhmətkeşdir".
Bu sözləri Əməkdar artist Almaz Ələsgərova "Xəbərin var?" verilişində deyib.
Müğənni övladları Mədinə və Əminədən danışıb:
"Xaricdə yaşamaq çox çətindir, baxmayaraq ki, hamıya bu asan gəlir. Orada işləməsən heç bir yerdən gəlirin olmayacaq. Mənə deyirlər ki, gedib orada niyə qalmırsan? Cavab verirəm ki, orada niyə qalmalıyam, Bakıda mənim işim, qazancım, dostlarım var. Orada gedib nə edəcəyəm? Birinci növbədə gərək dil biləsən. Bu yaşımda dil öyrənmək mənim üçün çox çətindir. Nəyimə lazımdır? Oturmuşam da burada.
Mədinə Stokholmda tibb bacısı işləyir. Orada bunun təhsilini alıb. İşinə sevgi ilə yanaşdığını deyir. Əminə isə Bakıdadır. O hazırda turizm şirkətlərinin birində çalışır. Xarici ölkələrə tez-tez səfər edir". (Axşam.az)
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ