İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın ən böyük müxalifət partiyasının lideri Putinə şok ultimatum verdi

Musavat.com xəbər verir ki, Almaniyanın kanslerliyə namizədi və müxalifətdə olan Xristian Demokrat İttifaqının lideri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə sərt ultimatum verib.

Merts açıqlamasında Putinə Ukraynadakı müharibəni 24 saat ərzində dayandırmaq çağırışı edib. Əks halda, Almaniyanın Ukraynaya Taurus raketlərini göndərəcəyini və bu raketlərin Rusiya ərazisinə də zərbə endirilməsinə icazə verəcəyini bildirib.

Merts həmçinin hazırkı kansler Olaf Şoltsu “axsayan ördək” adlandıraraq, koalisiya hökumətinin dağılmasından sonra seçkilərin tezləşdirilməsini tələb edib. Bu sərt açıqlamalar Almaniyada siyasi gərginliyi daha da artırıb və ölkədə qarşıdan gələn siyasi dəyişikliklərə işarə edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR