İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan sığınacaq istəyən Ukrayna vətəndaşlarının sayı məlum olub

Ukrayna-Rusiya müharibəsi başlayandan indiyə kimi 965 337 Ukrayna vətəndaşı Almaniyaya gəlib.

Bu barədə “Report”un Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Almaniyaya gələn Ukrayna vətəndaşları ölkənin 16 federal əyalətində otel, yataqxana və qoruyucu ailələrdə yerləşdiriliblər.

BAMF-dan bildirilib ki, Almaniyaya vizasız daxil olan Ukrayna vətəndaşları ölkədə 90 gündən artıq qalmaq üçün yaşayış icazəsi almalıdır: “Şəxsi məlumatların sübutu (məsələn, biometrik şəxsiyyət vəsiqəsi və ya pasport kimi şəxsi sənədlər vasitəsilə) və polis tərəfindən şəxsiyyətin təsdiqi Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə vermək üçün kifayətdir. Ukrayna müharibəsi qaçqınlarının qəbulu zamanı müvəqqəti sığınacaq səbəbləri ayrıca qeyd edilmir”.

BAMF-ın Mətbuat Xidmətindən bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında müxtəlif mənşəli ölkələrdən ümumilikdə 132 618 nəfər Almaniyaya sığınacaq üçün müraciət edib (115 402 ilkin və 17 216 sonrakı müraciət).

Eyni dövrdə Ukraynadan 938 nəfər ölkə üzrə sığınacaq üçün müraciət edib (584 ilkin və 354 sonrakı müraciət).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR