İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya və Fransadan Dəməşqə KRİTİK ZİYARƏT: Avropalı nazirlər Sednaya həbsxanasında - FOTO,VİDEO

Almaniya xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barrot Suriya keçid hökumətinin rəhbəri Əhməd əş-Şara ilə görüşmək məqsədilə paytaxt Dəməşqə gəlib.

Avropa İttifaqının Suriyada sülh və inklüziv bir keçidə dəstək verdiyini bildirən nazirlər, Dəməşqdə yeni bir başlanğıcın mümkün olduğunu vurğulayıblar.

Musavat.com "Hürriyyet"ə istinadən xəbər verir ki, avropalı nazirlərin ilk dayanacağı Sednaya həbsxanası olub.

Berbok və Barrot Ağ Beretlilər ilə birlikdə Bəşər Əsədin işgəncə və ölüm mərkəzi olan Sednaya həbsxanasını ziyarət etdikdən sonra Suriya keçid hökumətinin yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüblər.

AFP nəşri bunu "Qərb güclərinin ən yüksək səviyyəli səfəri" kimi xarakterizə edərək, Barrot və Berbokun Əhməd əş-Şara ilə prezident sarayında görüşdüklərini bildirib.

Almaniya xarici işlər naziri səfərini Avropa ilə Suriya arasında yeni bir siyasi başlanğıcın mümkünlüyü barədə açıq mesaj vermək məqsədilə həyata keçirdiklərini açıqlayıb.

O qeyd edib ki, yeni başlanğıc yalnız bütün suriyalılara ayrı-seçkilik edilmədən hüquq və müdafiə təmin edildikdə və siyasi proseslərdə yer verildikdə mümkün olacaq.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot isə Dəməşqə səfəri zamanı suveren, sabit və dinc Suriyaya ümid etdiyini bəyan edib.

@@TVmusavat/105146@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR