Onlayn ictimai-siyasi qəzet
Norveçin “Equinor” dövlət neft-qaz şirkəti Almaniyanın RWE istehsal şirkəti ilə qaz alqı-satqısına dair müqavilə bağlayıb.
“Equinor”un bununla bağlı yaydığı məlumata görə, şirkət Almaniyadakı tərəfdaşına ildə 10-15 TVt/saat ekvivalentində və ya təxminən 1-1,5 milyard kubmetr qazı satacaq. Müqavilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq.
Dəyəri açıqlanmayan müqavilə ilə bağlı “Equinor”un baş vitse-prezidenti Helge Hoqan bildirib ki, alman həmkarlarla əməkdaşlıqdan məmnundurlar: "Almaniya və Norveçin enerji əməkdaşlığı ilk müqavilənin bağlanmasından ötən 45 ildən yuxarı tarixə malikdir. Mən məmnunam ki, biz bu tərəfdaşlığı inkişaf etdirməyə davam edirik".
Musavat.com
03 Oktyabr 2024
02 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ