İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya qışda yeni miqrasiya böhranı ilə üzləşə bilər

Avropa Parlamentinin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber hesab edir ki, bu qış Avropaya, əsasən də Almaniyaya qaçqınların yeni dalğası axışacaq.

AZƏRTAC xəbər verir ki, Veber bu fikri “Welt am Sonntag” qəzetində dərc olunmuş müsahibəsində söyləyib.

“Ukraynada enerji infrastrukturunun davam edən dağıdılması fonunda bu qış Aİ-yə çoxlu sayda ukraynalı üz tutacaq və onların əksəriyyəti Almaniyaya gələcək. Biz buna hazırlaşmağa məcburuq”, - deyə alman siyasətçi bildirib. O, insanların qaçışı baxımından dramatik bir qış yaşanacağından qorxduğunu dilə gətirib.

Veber hesab edir ki, Almaniya belə bir vəziyyətə hazır deyil və sanki yatıbmış kimi yeni miqrant böhranına doğru gedir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR