İnsanlara hürriyət, millətlərə istiqlal!

"Almaniya polisii miqrantları gizli şəkildə Polşaya keçirib" - Duda

Polşa prezidenti Anjey Duda Almaniya polisinin qeyri-qanuni miqrantların respublikaya gizli daşınmasına kömək etməsini “qalmaqal” adlandırıb.

 Musavat.com xəbər verir ki, dövlət başçısı “Radio Zet”ə müsahibəsində vəziyyəti şərh edib.

 Polşa lideri deyib ki, Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları “qanunsuz hərəkətlər” ediblər.

 "Bu, mütləq qalmaqaldır, bütün qaydaların pozulmasıdır", - Duda deyib.

 O əlavə edib ki, alman polisinin fəaliyyətini Polşa və Belarus sərhədindəki vəziyyətlə müqayisə etmək olar. Onun sözlərinə görə, hər iki halda qonşu ölkələr qanunsuz miqrantları Polşa ərazisinə “itələməyə” cəhd ediblər.

 İyunun 17-də Dziennik.pl alman hüquq-mühafizə orqanlarının əməkdaşlarının gecə saatlarında Polşaya qeyri-qanuni miqrantları gətirdiyi barədə məlumat yayıb. Bu hadisələrdən biri ölkənin qərbindəki Osinov-Dolnı şəhəri yaxınlığında baş verib.

 Jurnalistlər qaranlıqda Almaniyadan Polşaya polis maşınının girdiyini öyrəniblər. Bundan sonra maşından iki yetkin şəxs və üç uşaq düşüb, hüquq-mühafizə orqanlarının əməkdaşları isə öz ölkələrinə qayıdıblar. Polşa sərhədçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələndə Yaxın Şərqdən olan bir qrup şəxs artıq qaçıb gizlənmiş olub.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR