İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ordusu 8,5 milyard avroluq artilleriya sursatı alır

Almaniya Silahlı Qüvvələri “Rheinmetall” müdafiə konserni ilə sursat alınmasına dair 8,5 milyard avro dəyərində müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, bu məlumat şirkətin yaydığı açıqlamada yer alıb.

Açıqlamaya görə, müqavilə 155 mm-lik artilleriya sursatının tədarükünü nəzərdə tutur. Yeni müqavilə üzrə ilk tədarüklər 2025-ci ilin əvvəlinə planlaşdırılır.

Bildirilir ki, sifarişin məqsədi “bizim və müttəfiqlərimizin ehtiyatlarını artırmaqdır". Həmçinin qeyd edilir ki, sifarişin bir hissəsi Ukraynaya veriləcək: "Sifarişdə Hollandiya, Estoniya və Danimarka iştirak edir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR