Onlayn ictimai-siyasi qəzet
Almaniya Müdafiə Nazirliyi Ukraynaya kömək üçün hökumətdən 3,8 milyard avro istəyir.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin məlumatında vurğulanıb.
“Müdafiə Nazirliyi hökumətdə həyəcan təbili çalır: Müdafiə naziri Boris Pistoriusun departamenti cari maliyyə ili ərzində Ukraynaya əlavə 3,8 milyard avro yardıma ehtiyac olduğunu bildirib”, – materialda deyilir.
Qeyd olunub ki, nazir Almaniya kansleri Olaf Şoltsla və maliyyə naziri Kristian Lindnerlə görüşüb. Əlavə vəsait tələbi iyun ayında təsdiq üçün parlamentə təqdim edilməlidir. Xəzinədarlıq Departamentinin də tələbi dəstəklədiyi bildirilir.
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ