İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kanslerindən İrana SƏRT REAKSİYA

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsi ilə bağlı bəyanatına sərt reaksiya verib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu barədə kansler tviterdə yayımladığı həftəlik videomüraciətində bildirib.

"Tehran administrasiyasına yalnız bir şeyi deyə bilərəm: öz vətəndaşlarınıza atəş açırsınızsa, siz necə hökumətsiniz?", - Şolts deyib.

Kansler İrandakı etirazçılara və bu ölkədən gələn Almaniya vətəndaşlarına dəstək olduğunu bildirib.

O, videomüraciətində qeyd edib: "İnsan hüquqları pozulduğu zaman tədbir görməliyik. Biz iranlıların daha böyük azadlıq və ədalət uğrunda cəsarətli mübarizəsinin şahidi oluruq. Sanksiyalar rejimə təzyiqi artırmağın bir yoludur".

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR