İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya İranla biznes əlaqələrini dayandırır

Almaniya hökuməti İranda insan hüquqlarının pozulması iddiası ilə əlaqədar biznesin inkişafına yönəlmiş tədbirləri dayandırmaq qərarına gəlib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi məlumat yayıb.

Qərar ixrac kreditləri və investisiya zəmanətlərinə, eləcə də Almaniyanın menecment üzrə təlim proqramlarına və İrandakı ticarət sərgilərinə təsir edəcək.

Qeyd edilir ki, 2021-ci ildə Almaniya-İran ticarətinin həcmi 1,76 milyard avro təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR