İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya hökuməti “Şimal axını-2”nin borularını satdı

Almaniya hökuməti Rusiya qazını nəql etməli olan “Şimal axını-2” qaz kəməri üçün nəzərdə tutulan boruları satıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya İnkişaf Nazirliyinin nümayəndəsi məlumat açıqlayıb.

Adı açıqlanmayan rəsminin dediyinə görə, borulardan Baltik dənizində qurulmaqda olan maye qaz terminalından qazın Lubmin əyalətinə çatdırılması üçün istifadə olunacaq. O, boruları hansı şirkətin aldığını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya mətbuatı ötən ilin payızında partladılan “Şimal axını-2” kəməri üçün hazırlanmış 3 min ədəd borunun üzən maye qaz terminalını qurudakı qazpaylayıcı şəbəkə ilə birləşdirmək üçün istifadə olunacağına dair məlumat yaymışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR