Onlayn ictimai-siyasi qəzet
Almaniya Gürcüstanda etiraz aksiyası iştirakçılarına və müxalifətçilərə qarşı zorakılıq tətbiqinə görə məsuliyyət daşıyan 9 nəfərə səyahət qadağası qoyub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin X hesabında yerləşdirilib.
Nazirlik bildirir ki, Gürcüstandakı vəziyyət narahatlıq doğurur.
Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası (AK) Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını rəsmən təklif edib. Təşəbbüslə bağlı icraedici qərar yanvarın ortalarına qədər, Aİ xarici işlər nazirləri Milad bayramlarından sonra Aİ Şurasının planlaşdırılan iclası üçün bir araya gələnə qədər qəbul edilməyəcək. Qərar yekdil olmalıdır, ona görə də AK təşəbbüsünün təsdiqlənəcəyinə zəmanət yoxdur.
Musavat.com
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ