İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya, Fransa və İtaliya liderləri Ukraynaya səfər etməyi planlaşdırır

Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi iyunda Ukraynanın paytaxtı Kiyevə birgə səfər etməyi planlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə "BILD am Sonntag" qəzeti məlumat yayıb.

Məlumata görə, səfərin iyunun 26-28-də keçiriləcək G7 ("Böyük Yeddilik") sammitindən əvvəl baş tutacağı gözlənilir.

Səfər zamanı Kiyevə əlavə silah tədarükü və Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almaq üçün müraciəti müzakirə ediləcək.

Qəzetin yazdığına görə, Berlin və Paris uzun müddətdir, birgə səfərlə bağlı danışıqlar aparır. Kansler daha əvvəl deyib ki, o, Kiyevə səfərin konkret məqsədi olduğu halda gedəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR