İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya ÇALXALANIR - VİDEO

Berlindəki Brandenburq qapısında fermerlər üçüncü gündür ki, hökumətin subsidiyaların azaldılması tədbirlərinə etiraz edirlər.

Musavat.com xəbər verir ki, Almaniya paytaxtının sakinləri həmrəylik əlaməti olaraq onlara yemək gətirirlər. Bəzi fermerlər polisin müşayiəti ilə traktorlarını şəhərin ətrafında gəzdirir və sonra geri qayıdırlar.

Almaniya sakinlərinin 70%-i hökumətin subsidiyaların kəsilməsinə dair tədbirlərinə qarşı fermerlərin tətilini dəstəkləyir.  Bu barədə INSA institutunun apardığı sorğu zamanı məlum olub.

Yerli polisin bildirdiyinə görə, bu gün alman fermerlər hökumətin büdcəyə qənaət tədbirlərinə etiraz etmək üçün ölkə boyu tətilə çıxıb və bir sıra avtobanları traktorlarla bağlayıblar.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR