İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə - FOTOLAR

Martın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları salamlayaraq, xalqlarımız arasında münasibətlərin tarixi köklərindən, parlamentlərarası əlaqələrimizin səmərəli təcrübəsindən söz açıb, Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində almaniyalı mütəxəssislərin rolunu qeyd edib.

WhatsApp Image 2024-03-01 at 20.13.02.jpeg (158 KB)

Birinci vitse-spiker Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh perspektivləri barədə qonaqlara məlumat verib. Azərbaycanın normallaşma və sülh gündəliyinə sadiqliyi vurğulayan Əli Hüseynli bu prosesdə Avropa strukturlarının obyektivliyi, xüsusən Almaniyanın ədalətli mövqeyi ilə bağlı Azərbaycan xalqının gözləntilərini diqqətə çatdırıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın Almaniya ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. O, torpaqları 30 il Ermənistanın işğalı altında olan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etməsindən sonra bəzi Qərb dairələrində, o cümlədən Avropa İttifaqı strukturlarında ölkəmizə qarşı qarayaxma və böhtan kampaniyalarının qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən komitə sədrlərinin müavinləri Tahir Kərimli və Qüdrət Həsənquliyev torpaqlarımızın uzun illər ərzində işğalı faktına Avropa dairələrinin biganə və qərəzli münasibətindən bəhs ediblər, Azərbaycan və Ermənistan arasında sülh və etimad mühiti yaradılmasının vacib məqamları haqqında fikirlərini bölüşüblər.

WhatsApp Image 2024-03-01 at 20.13.02 (2).jpeg (153 KB)

Alman Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker, komitə üzvləri Sonya Ayxvede, Canan Bayram Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın və rifahın inkişafı baxımından sülhün davamlılığının önəmini vurğulayıblar, bölgədəki vəziyyət və ölkəmiz haqqında doğru təəssüratlara malik olmaq üçün buradakı proseslərlə birbaşa tanış olmağın vacibliyini bildiriblər.
Görüş tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR