İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya azərbaycanlılarından ekofəallarımıza DƏSTƏK - Fotolar

Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib.

Musavat.com xəbər verir ki, aksiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutub.

Soydaşlarımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edib, yerli ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora cəlb ediblər.

Aksiyada ingilis və alman dillərində “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir” və digər şüarlar səsləndirilib.

Musavat.com

WhatsApp Image 2022-12-24 at 20.11.53.jpeg (113 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR