İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman politoloq: “Qarabağ ermənilərinin müdafiəsi Qərbin məqsədlərinə cavab vermir”

“Qərbin Cənubi Qafqaz regionunda başqa məqsədləri var. Söhbət Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdan, İranı təcrid etməkdən gedir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir alman politoloq Aleksandr Rar tərəfindən səslənib.

“Avropalılar üçün Avropada və İranda Rusiyanın təsirinə müqavimət Azərbaycan-Ermənistan münaqişəsindən daha vacibdir. Bundan başqa, Avropa Cənubi Qafqazda daha da genişlənmək üçün iqtisadi zəmin yaratmaq fürsətini əldən verib və bu baxımdan Çindən də geri qalır. Aİ-nin Ermənistan da daxil olmaqla genişlənməyə imkanı yoxdur. Amma Avropanın enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Son illər Bakının ünvanına edilən bütün tənqidlərə baxmayaraq, Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşına çevrilir”, - deyə politoloq bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR