Onlayn ictimai-siyasi qəzet
NATO Ukraynanı dəstəkləməyə davam etməlidir. Çünki Rusiya Avropanın təhlükəsizliyinə ən böyük təhdid olaraq qalır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok “Der Standart” saytına müsahibəsində danışıb.
“Yaxın gələcək üçün Rusiya Avropada təhlükəsizliyimiz və azadlığımız üçün ən böyük təhdid olaraq qalacaq. Qərb öz azadlığını və demokratiyanı qorumaq üçün hərəkətə keçməlidir. Belə vəziyyətin yaranmasını biz istəmədik”,-deyə alman nazir söyləyib.
Baerbokun sözlərinə görə, bu məsələdə xüsusi məsuliyyət birbaşa Almaniyanın üzərinə düşür.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ