İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman müdafiə nəhəngindən sərt açıqlama: “Taurus" raketləri Ukraynaya qalibiyyət qazandırmayacaq”

Ukraynaya silah tədarükü ilə bağlı beynəlxalq müzakirələr fonunda Almaniyanın ən böyük müdafiə sənayesi şirkətindən mühüm açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Almaniyanın Rheinmetall müdafiə konserninin rəhbəri Armin Papperger "Handelsblatt" qəzetinə verdiyi müsahibədə "Taurus" qanadlı raketlərinin Kiyevə verilməsinin cəbhədə vəziyyəti dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, bu tip raketlər müharibədə dönüş nöqtəsi ola bilməz.

“Bununla müharibədə heç nə dəyişməyəcək. "Taurus" raketləri vəziyyəti dəyişməyə imkan vermir. Üstəlik, Ukrayna artıq bu məsafəyə malik qanadlı raketlərə sahibdir”, – deyə Papperger vurğulayıb.

O əlavə edib ki, cəbhədə real nəticə əldə etmək üçün əsas silah klassik artilleriya mərmiləridir. Bu açıqlama Qərbin Ukraynaya dəstək strategiyasına dair yeni müzakirələrə yol aça bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR