İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər müəyyən etdi: Siqareti bu yaşda atsanız...

40 yaşından əvvəl siqareti tərgitən insanlar bu pis vərdişi olmayan insanlar qədər yaşaya bilərlər.

Toronto Universitetinin alimləri bu qənaətə gəliblər.

Onların araşdırmalarının nəticələri "NEJM Evidence" jurnalında dərc olunub.

Mütəxəssislər ABŞ, Britaniya, Kanada və Norveçin bir milyon yarım sakininin məlumatlarını təhlil edərək müəyyən ediblər ki, 40-79 yaş arası siqaret çəkənlərin vaxtından əvvəl ölmə ehtimalı üç dəfə çoxdur. Üstəlik, tütün aludəçiləri sağlam həyat tərzinə riayət edənlərdən 12-13 il daha qısa yaşayırlar.

5 il davam edən müşahidənin sonunda məlum olub ki, siqareti tərgidənlər arasında ölüm riski 1,3 dəfə azalıb.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR